Ölkə 23:05 21.01.2024

Biləsuvarda 11 nəfər dəm qazından zəhərləndi

Biləsuvarda dəm qazından kütləvi zəhərlənmə olub.

Bu barədə Qaynarinfo-ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, yanvarın 21-i gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsi ilə 11 nəfər müraciət edib.

Zəhərlənənlərin hər birinə zəruri tibbi yardım göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.