Ölkə 13:14 18.12.2022

Biləsuvarda ağır yol qəzasında xəsarət alanların kimliyi müəyyənləşdi (YENİLƏNİB)

Biləsuvar rayonunda ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un məlumatına görə, bunlar Yardımlı rayon sakinləri - 1961-ci il təvəllüdlü Veysəl Xəlilov, 1977-ci il təvəllüdlü Nazim İmanov, 1956-cı il təvəllüdlü Səmədxan Abdullayev, Biləsuvar rayon sakinləri - 1996-cı il təvəllüdlü Amina Mehralıyeva, 2017-ci il təvəllüdlü İbrahim Əliyev və Sabirabad rayon sakini, 1947-ci il təvəllüdlü Sərədxan Əliyevdir.

Qeyd edək ki, hadisə köhnə Ələt - Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili "Ford" markalı sərnişin mikroavtobusu ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

12.02
 
Biləsuvar rayonunda yol nəqliyyat qəzası baş verib, xəsarət alanlar var.

Qaynarinfo xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında qeydə alınıb.

Yük avtomobili ilə sərnişin mikroavtobusunun toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Məlumata görə, "Ford" Şirvan şəhərinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.