Xəbər lenti

Ölkə 23:20 05.01.2023

Biləsuvarda traktor 7 min abonenti qazsız qoydu

Biləsuvar rayonunda traktor 7 min abonenti qazsız qoyub.

Hadisə şəhərin Dəyirman adlanan hissəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə traktorla qazıntı işi aparılan zaman daşıyıcı qaz xətti zədələnib.

Nəticədə, ilkin məlumata görə, Biləsuvar rayonunda 7 min abonent qazsız qalıb.

Bildirilib ki, qaz verilişinin sabaha bərpa olunması gözlənilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->