Xəbər lenti

Dünya 16:00 05.01.2024

Bir neçə həftə ərzində rus məktəbləri bağlanacaq - Litvanın təhsil naziri

Litvada rusdilli məktəblərdən imtina qərarı bir neçə həftə ərzində verilə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Litvanın təhsil, elm və idman naziri Gintautas Jakştaş bildirib.

"Ümid edirəm ki, bir neçə həftə ərzində biz təklif alacağıq”, - o, Žinių radijas-a müsahibəsində deyib.

Onun sözlərinə görə, rusdilli məktəblərin saxlanması baha başa gəlir və onların şagirdləri rus təbliğatına daha çox meyillənirlər.

"Ölkə dost deyilsə, sual yaranır ki, biz bunu niyə edirik. Uşaqlar isə Litvaya qarşı düşmən olan ölkənin yaydığı təbliğata və məlumatlara daha həssas olurlar, bu, göz qabağındadır", - Jakştaş qeyd edib.

O əlavə edib ki, Vilnüs belə məktəbləri maliyyələşdirməklə özünə pislik edir. Bununla yanaşı, nazir hesab edir ki, Litva dilindən başqa dildə təhsil alan uşaqlar universitetlərə daxil olarkən və əmək bazarına inteqrasiya etməkdə çətinlik çəkirlər.

"Məsələ ondadır ki, onlar doğrudan da demək olar ki, bütün fənləri rus dilində oxumalıdırlar. Ölkəyə uğurla inteqrasiya etmək üçün dövlət dilində danışmaq çox vacibdir".

Yakştaş bundan əvvəl ölkədə rus milli azlığı üçün təhsil müəssisələrindən imtina etmək üçün qanuni yollar axtardığını bildirmişdi.

Bundan əvvəl Litva Miqrasiya Departamenti Aİ-nin sanksiya siyahısına daxil edilmiş şəxslərlə əlaqəsi olan litvalıları aşkarladığını açıqlayıb.

Dekabr ayında Litva Daxili İşlər Nazirliyi milli təhlükəsizlik səbəbi ilə Litva vətəndaşlığından məhrum edilməsinə icazə verən qanunvericiliyə dəyişikliklər üçün təkliflər hazırladığını elan edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->