Xəbər lenti

Ölkə 15:03 07.04.2024

Bir nəfərdə suçiçəyinə, 5 nəfər telefon və saata görə imtahana buraxılmadı

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Qaynarinfo DİM-ə istinadən xəbər verir ki, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik - suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->