Dünya 15:30 05.03.2024

"Bizim paralel həyatlarımız var": Yelena Zelenskaya əri ilə münasibətindən danışdı

Ukraynanın birinci xanımı Yelena Zelenskaya jurnalist Pirs Morqana müsahibə verib və burada genişmiqyaslı müharibənin əri Vladimir Zelenski ilə münasibətlərinə necə təsir etdiyini izah edib.

Qaynarinfo xəbər verir ki, Yelena ərini nadir hallarda gördüyünü etiraf edib. Bəzən sadəcə telefonla danışmağa belə vaxtları olmur. 

"Mən onu hərdən prezidentin kabinetində görə bilirəm, çünki mənim şəxsi kabinetim var. Və bəzən ona zəng edə bilərəm. Əgər məşğul deyilsə, kabinetinə gedib görüşə bilərəm, amma həmişə yox. Təqvimlərimiz üst-üstə düşmür. Onun mənimlə danışmağa vaxtı varsa, mənim onunla danışmağa vaxtım olmur... Və dünən bir-birimizə zəng edə bilmədik, çünki o mənə üç dəfə zəng etdi, mən də məclislərdə idim. Sonra mən zəng etməyə başladım, onda da o məşğul idi. Cavab verə bilmirdi”, - deyə birinci xanım paylaşıb.

O əlavə edib ki, indi onların həyatı paralel gedir.

"Ancaq bu normaldır" deyə Zelenskaya yekunlaşdırıb.

Xatırladaq ki, daha əvvəl Kravets müharibə zamanı Yelena Zelenskayada nə dəyişdiyindən danışmışdı. Birincisi, Kravetsin sözlərinə görə, Zelenskaya özündə yeni güc kəşf edib, lakin eyni zamanda onun artıq çox yorğun olduğu nəzərə çarpır.

Alpər