Xəbər lenti

Dünya 11:46 03.04.2024

Blinken: "Ukrayna NATO-nun üzvü olacaq, əsas məsələ yol xəritəsinin yaradılmasıdır"

ABŞ dövlət katibi Antoni Blinken iyulda Vaşinqtonda Alyansın 75-ci ildönümünə həsr olunmuş sammit öncəsi Ukraynanın NATO-ya daxil olması üçün yol xəritəsinin hazırlanmasının vacibliyini qeyd edib.

Qaynarinfo xəbər verir ki, o, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında deyib.

Dövlət katibi qeyd edib ki, Vilnüsdə keçirilən sammitdə müttəfiqlərin bəyan etdiyi kimi, Ukrayna NATO-nun üzvü olacaq. Onun sözlərinə görə, məsələ bu nəticəyə gəlmək üçün yaxşı, aydın yol xəritəsinin olmasıdır.

"Düşünürəm ki, NATO-nun 75-ci yubiley sammiti həqiqətən də bu yol xəritəsini necə yarada biləcəyimizə xüsusi diqqət yetirəcək. Yaxud başqa şəkildə desək, Ukraynanın NATO-ya üzv olmasına imkan verəcək lazımi körpü məsələsinə”, deyə Blinken bildirib.

Bir gün əvvəl bildirilmişdi ki, aprelin 3-4-də NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ondan çox qərbli həmkarı ilə görüşəcək, həmçinin NATO-nun baş katibi Yens Stoltenberq və Aİ-nin baş diplomatı Borrel ilə danışıqlar aparacaq.

Kulebanın səfəri Alyansın 75-ci ildönümünə həsr olunmuş NATO Xarici İşlər Nazirləri Şurası çərçivəsində baş tutacaq və bu, İsveçin tamhüquqlu üzv kimi ilk belə toplantısı olacaq.

Xatırladaq ki, cümə axşamı, aprelin 28-də Brüsseldə  Ukrayna-NATO Şurasının növbədənkənar iclası keçirilib. İclas Kiyevin təşəbbüsü ilə Rusiyanın kritik infrastruktura son irimiqyaslı hücumlarına görə çağırılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->