Dünya 18:56 28.03.2024

BMT: "Britaniyada irqi ayrı-seçkilik halları artır"

Böyük Britaniyada qaradərililərə və qaraçılara qarşı irqi ayrı-seçkilik artıb, problem böyük ölçüdə diqqətdən kənarda qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları Komitəsinin hesabatında deyilir.

"Komitə qaraçılara, Afrika əsilli insanlara və digər azlıq qruplarına qarşı irqi bərabərsizliklərin və ayrı-seçkilik praktikalarının böyük ölçüdə diqqətdən kənarda qaldığını və artmaqda olduğunu göstərən hesabatlardan narahatdır", deyə hesabatda qeyd edilib.

Müəlliflər qeyd ediblər ki, Böyük Britaniya rəhbərliyi tərəfindən görülən bəzi müsbət tədbirlərə baxmayaraq, vəziyyət inkişaf edir.

Bundan əlavə, komitə Böyük Britaniyada xüsusilə irq, din, əlillik, etnik mənsubiyyət, cinsi oriyentasiya və gender kimliyi ilə bağlı nifrət cinayətlərinin artmasından narahatdır.

Aydın