Dünya 23:59 26.01.2024

BMT komisarından ABŞ-da məhbusun azotla edam edilməsinə sərt reaksiya

BMT-nin İnsan haqları üzrə Ali komisarı Volker Tyurk hesab edir ki, ABŞ-da məhbusun azotla edam edilməsi işgəncə ilə eyniləşdirilə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə BMT-nin İnsan hüquqları üzrə komisarın bəyanatında deyilir

"Azot qazı ilə boğmanın bu yeni və sınaqdan keçirilməmiş metodunun işgəncə və ya qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara bərabər ola biləcəyi ilə bağlı ciddi narahatlıqlara baxmayaraq, Alabamada Kennet Yudjin Smitin edam edilməsindən dərin təəssüflənirəm”, - Volker Tyurk birdirib. 

Avropa Birliyi ölkələri də azotla edamı pisləyib və bunu "qəddar cəza” adlandırıb. 

"Aparıcı ekspertlərin fikrincə, bu üsul xüsusilə qəddar cəzadır, bundan əlavə, məhbus əvvəllər 2022-ci ilin noyabrında uğursuz edam cəhdinə məruz qalıb", - Aİ-nin xarici xidmətinin bəyanatda deyilir. Qeyd olunur ki, Aİ "həmişə və istənilən şəraitdə” cəza üsulu kimi ölüm cəzasına qarşıdır.

ABŞ səlahiyyətliləri, əksinə, bu üsulun digər edam üsullarından daha humanist hesab edirlər. Eyni zamanda hüquq müdafiəçiləri bu üsulu "qəddar və eksperimental” adlandırırlar.

Xatırladaq ki, yanvarın 25-i axşam saatlarında 58 yaşlı Kennet Yucin Smit Alabama həbsxanasında edam edilib. O, 1988-ci ildə Alabama ştatında Elizabet Sennetin qətlində təqsirli bilinib. Qətli qadının ölümündən sonra sığorta lmaq istəyən əri sifariş edib. 2022-ci ilin noyabrında Yucin Smit ilk dəfə venadaxili inyeksiya ilə edam edilməyə cəhd edilib, lakin müəyyən səbəblərdən bu üsuldan imtina edilib.

Azot qazı ilə edam ABŞ-ın üç ştatında qanunidir. Lakin praktikada yalnız 2024-cü ilin yanvarında tətbiq edilib. Edam zamanı azot tənəffüs maskası vasitəsilə məhkuma verilir ki, bu da hipoksiya və ölümə səbəb olur.

Nizami Bağırov