"Biz rəsmi olaraq iqlim miqrasiyası dövrünə qədəm qoymuşuq”.
Qaynarinfo xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş birektoru seçilən Emi Pope deyib.
Emi Pope verdiyi yazılı açıqlamada 4-6 sentyabr tarixlərində Keniyanın paytaxtı Nayrobidə keçiriləcək Afrika İqlim Sammiti öncəsi iqlim dəyişikliyi və insan hərəkətliliyi problemlərini həll etmək üçün konkret addımlar atmağa çağırıb.
Sammitin qitənin tarixində Afrika ölkələrinin liderləri, nazirləri, BMT agentliklərinin nümayəndələri, humanitar və inkişaf tərəfdaşları, özəl sektor və gənclərin iştirak etdiyi "ən böyük toplantı” olduğunu qeyd edən Emi Pope bu sammitin qitənin tarixində misli görünməmiş bir görüş olduğunu bildirib:
"Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən həssas olan ölkələr sırasındadır və iqlim böhranının quraqlıq, daşqınlar, həddindən artıq temperatur və dəniz səviyyəsinin qalxması kimi dəhşətli təsirlərini yaşayırlar. 2022-ci ildə Afrikada 7,5 milyondan çox insanın təbii fəlakətlərlər səbəbindən evindən olduğu qeydə alınıb".
Dünya Bankının yalnız Afrikada 2023-cü ilə qədər iqlim dəyişikliyi səbəbindən 105 milyona qədər insanın daxili miqrant ola biləcəyini bildirdiyini xatırladan Emi Pope BMqT-nin iqlim dəyişikliyinin təsirləri ilə davamlı mübarizəyə töhfə verə biləcəyini deyib.
Aydın
Şərhlər