Ekonomiks 10:12 10.05.2022

BNA yeni formada fəaliyyətə başlayacaq

"Bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də islahatlar gedir. Təbii ki, vaxt lazımdır”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib

"Yeni qərar qəbul olunub. Bu gün Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, - E.Əzizov vurğulayıb.