İdman 10:22 15.11.2023

Braziliya millisindən maraqlı qələbə: 77 zərbə, doqquz qol

U-17 dünya çempionatının C qrupunun 2-ci oyununda Braziliya və Yeni Kaledoniya yığmaları üz-üzə gəlib.

Qaynarinfo-nun məlumatına görə, İndoneziyanın paytaxtı Cakartadakı stadionda oynanılan qarşılaşmada qabonlu referi Pyer Ghislain Atcho fit çalıb.

Bu görüşdə Braziliya millisi 9:0 hesabı ilə qalib gələrək qrupdakı ilk qələbəsini qazanıb. 

Braziliya oyunboyu rəqib qapısına 77 zərbə endirib. Cənubi Amerika təmsilçisi bu zərbələrin 41-ni cərimə meydançası daxilindən, 36-nı xaricindən vurub. 77 zərbədən 23-ü "çərçivəyə" gedib, 30-u hədəfə dəyməyib, 24-ü isə rəqib müdafiəçilər tərəfindən dəf edilib.

Yeni Kaledoniya qrupdakı ilk oyununda İngiltərəyə 0:10 hesabı ilə məğlub olmuşdu. İngilislər bu görüşdə 20-si "çərçivəyə" olmaqla, 41 zərbə endirmişdi.

Səbuhi Həsənov