Dünya 20:27 15.11.2023

Britaniya hakimiyyətinə qaçqınları Ruandaya deportasiya etmək qadağan edildi

Böyük Britaniya Ali Məhkəməsi hökumətin Ruandaya qeyri-qanuni qaçqınlar göndərmək qərarını qanunsuz adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məhkəmənin qərarına istinadən məlumat yayıb.

"Ali Məhkəmə yekdilliklə Daxili işlər nazirinin şikayətini rədd edir və Apellyasiya Məhkəməsinin Ruandaya miqrantların göndərilməsi sxeminin qanunsuz olması barədə qərarını qüvvədə saxlayır”, deyə məhkəmənin baş hakimi Lord Robert Reid bildirib.

Reid qeyd esib ki, məhkəmə sistemi məcburi şəkildə Ruandaya köçürüldükləri təqdirdə sığınacaq axtaranların pis rəftarla üzləşmə riski olduğu qənaətinə gəlib.

Bundan əvvəl Avropa Birliyi Böyük Britaniya hökumətinə Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Ruandaya qeyri-qanuni miqrantların göndərilməsi ilə bağlı qərarlarından yayınmamaq barədə xəbərdarlıqlar göndərmişdi.

Martın 19-da Britaniya və Ruandanın Britaniyaya qeyri-qanuni yollarla gələn miqrantların geri deportasiya oluna biləcəyi yenilənmiş miqrasiya müqaviləsi imzaladığı bildirilib.

Aydın