Dünya 19:51 01.11.2023

Britaniya lüğəti 2023-cü ilin əsas sözünün adını açıqladı

Britaniya lüğəti Collins English Dictionary ilin sözünü müəyyənləşdirib.

Qaynarinfo xəbər verir ki, bu, kompüter proqramlarından istifadə edərək insanın zehni funksiyalarının modelləşdirilməsini təsvir edən "AI” (Sİ, süni intellekt) terminidir. 

"Biz bilirik ki, bu il süni intellektin necə inkişaf etdiyi və tez bir zamanda həyatımıza e-poçt, kabel verilişi və ya bir vaxtlar futuristik olan, indi gündəlik texnologiya kimi daxil olması böyük diqqət mərkəzində olub”, deyə Collins-in idarəedici direktoru Aleks Bikroft bildirib.

Mütəxəssislər ilin sözünü müəyyən etmək üçün yazılı materiallardan, o cümlədən internet saytları, qəzetlər, jurnallar və dünyada nəşr olunan kitablardan 20 milyarddan çox sözdən ibarət məlumat bazasını təhlil ediblər. Təhlil zamanı radioda, televiziyada nitq və gündəlik söhbətlər də nəzərə alınıb.

Bundan əlavə, daha bir neçə əlamətdar söz açıqlanıb. Onların arasında: "Nepo baby" - valideynləri ilə eyni sahədə uğur qazanmış məşhurların övladlarını təsvir etmək üçün istifadə edilən termin və "Greedflation" (acgöz inflyasiya) - inflyasiya böhranı zamanı qazanc əldə edən şirkətləri təsvir edən termin.

Nizami Bağırov