Dünya 19:41 05.01.2023

Britaniya polkovniki: "2023-cü ildə Rusiya-NATO müharibəsi başlayacaq"

Britaniya ordusunun keçmiş polkovniki Hamiş de Bretton-Qordon 2023-cü ildə NATO-nun Ukraynadakı vəziyyətə birbaşa müdaxilə edəcəyini və tərəflərdən biri kimi münaqişəyə girəcəyini iddia edib.

Qaynarinfo bu barədə MK-ya istinadla xəbər verir.

De Bretton-Qordonun fikrincə, NATO-nun hərəkətləri Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibənin başlamasına səbəb olacaq.

Telegraph.co.uk-nın yazdığına görə, keçmiş polkovnik bəzilərinin NATO-nun Ukrayna münaqişəsinə müdaxiləsi senarisini mümkünsüz hesab etməsinə təəccübləndiyini bildirib.

Alpər