Dünya 12:52 28.01.2023

Britaniya Ukraynaya qırıcı təyyarələr verə bilər, lakin bir şərtlə - "The Telegraph"

Britaniya hakimiyyəti rus qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasından sonra Ukraynaya döyüş təyyarələrinin verilməsinə razılıq verə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” mənbələrə istinadən məlumat yayıb. Nəşr rusların hansı mövqelərdən geri çəkilməli olduğunu qeyd etməyib.

Yüksək səviyyəli Kral HHQ-nin mənbələrindən biri məsələnin hazırda prioritet olmadığını deyib. Nəşrin həmsöhbətləri bildiriblər ki, təyyarələrin ötürülməsi "Rusiya Ukraynadan çıxarıldığı zaman baş verə bilər və ukraynalılar öz hava məkanını qorumaq üçün hava nəzarəti missiyasını yerinə yetirməli olacaqlar”.

Eyni zamanda, digər yüksək səviyyəli müdafiə mənbəsi Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donammasının Silahlı Qüvvələrin dəstəklənməsinə əhəmiyyətli töhfə verməməsindən narahatdır. Qeyd olunur ki, "Ukraynalılar Silahlı Qüvvələrin bütün növlərinin iştirakına ehtiyac duyurlar”.

Bununla belə, Hərbi Dəniz Qüvvələrində və Hərbi Dəniz Donanmasında olan həmsöhbətlər izah ediblər ki, onların silahlarından istifadə etmək daha çətindir və hazırlamaq üçün daha çox vaxt tələb olunur. Bundan əlavə, 2022-ci ilin yayından Britaniya Hərbi Dəniz Qüvvələri ukraynalılara Sandaun sinfinə aid iki minaaxtaran gəmini idarə etməyi öyrədir.

"Politico"ya görə, Ukrayna döyüş tanklarının tədarükünün ardınca Qərb qırıcılarının da təchizatını tələb edir və bu məsələdə Baltikyanı ölkələrin dəstəyinə ümid edərək onları qəbul edə bilər.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Ukraynanın hansı tip təyyarə alacağı və şəxsi heyətin təlimi üçün hansı müddətin nəzərdə tutulduğu artıq məlumdur.

Sonradan məlum olub ki, ABŞ prezidenti Co Baydenin administrasiyası müttəfiqlərlə Ukraynanı F-16 qırıcıları ilə təchiz etmək imkanını "diqqətlə müzakirə edəcək”.

Alpər