Xəbər lenti

Dünya 18:30 19.12.2023

Britaniya və Ukrayna arasında 10 illik müqavilə: Qara dəniz nəzarətə götürülür

Böyük Britaniya yaxın həftələrdə Ukrayna ilə 10 illik təhlükəsizlik müqaviləsi imzalayacaq və bu müqaviləyə əsasən Qara dənizə nəzarəti təmin etməyə yardım edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniya rəsmiləri ukraynalı həmkarlarına bildiriblər ki, anlaşma memorandumuna əsasən, London Kiyevin dəniz imkanlarının gücləndirilməsinə diqqət yetirəcək.

Memorandumda Britaniyanın hərbi dəstək verməklə, dəniz imkanlarına, eləcə də maliyyə yardımı göstərməklə "Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstək verəcəyi” bildirilir. Kəşfiyyat mübadiləsi "əsas element" olacaq.

"The Telegraph” yazır ki, bundan əlavə, paktda Rusiya Federasiyasının cilovlanmasına, o cümlədən silah təchizatının artırılmasına və sanksiyaların bərpasına yönəlmiş müharibədən sonrakı təhlükəsizlik zəmanətləri vədləri də yer alacaq.

"Saziş Ukraynanı onun mübarizəsində dəstəkləməyə sadiqliyimizi nümayiş etdirir. Bu, həm də hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya Ukraynaya yenidən hücum edərsə, yardım göstərmək üçün təminatların verilməsinə də aiddir”, deyə qəzetin danışıqlardan xəbəri olan həmsöhbəti bildirib.

Böyük Britaniyanın Müdafiə Nazirliyi Kiyevə verilə biləcək silahlarla bağlı hər hansı təfərrüatları bölüşməkdən imtina edib, lakin onların yerüstü və hava qüvvələrini əhatə edəcəyini təsdiqləyib.

Bundan əvvəl Britaniya Ukraynanın dəniz potensialını inkişaf etdirmək üçün koalisiyanın yaradılmasını elan edib, onun məqsədi mülki gəmiçilik və taxıl dəhlizinin istismarına yardım etməkdir.

London Norveçlə koalisiya çərçivəsində Ukraynaya iki "Sandown” sinifli mina təmizləyən gəmini təhvil verəcəyini vəd edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->