Siyasət 16:30 22.09.2023

Britaniyalı erməni jurnalist Bayramov və Mirzoyanın BMT TŞ-dəki çıxışlarını şərh etdi

Britaniyalı jurnalist Onnik Krikoryan BMT Təhlükəsizlik Şurasının dünənki iclasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin çıxışlarını şərh edib. 

Qaynarinfo xəbər verir ki, Krikoryan öz şərhini X sosial şəbəkəsində dərc edib.

"Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Mirzoyan hətta daşnakların özlərinin də razılaşmadığı formalarda qorxutma taktikasına qayıtdı. Yada salaq ki, Paşinyan bu gün qeyd edib ki, Qarabağda ermənilər üçün birbaşa təhlükə yoxdur. İstənilən halda beynəlxalq ictimaiyyət bununla razılaşmır.

Lakin Azərbaycan XİN rəhbəri Mirzoyandan daha peşəkarlıq və yetkinlik nümayiş etdirərək bildirdi ki, bu (Mirzoyanın çıxışı - red.) Qarabağ erməniləri ilə Bakı arasında dialoqa qətiyyən kömək etmir. Qəribədir ki, müxalifət uzun müddətdir, Paşinyanın dövründə Ermənistan Xarici İşlər Nazirliyinin çökdüyünü iddia edir.

Düzünü desəm, bu münaqişəni nəhayət həll etmək, eləcə də Bakı ilə dialoqda Qarabağ nümayəndələrini dəstəkləmək üçün real əzmkarlıq kontekstində hər şey yaxşı getdi. Bu, Mirzoyan danışana qədər idi. Xarici münaqişələrin həlli proqramlarının Qərb nümayəndələrinin Paşinyanın hakimiyyətə gəlməsini alqışlamasından çox narahatam. Lakin reallıqda onun populist şəkildə hakimiyyətə gəlməsi 2018-ci ildə xəbərdarlıq etdiyim kimi, 2020-ci il müharibəsinə gətirib çıxardı. Artıq sonuncu şans qalıb”, – O.Krikoryan yazıb.

Alpər