Dünya 18:32 26.02.2024

Britaniyanın 49 günlük baş naziri "dərin dövlət"dən danışdı: "Quango"lar hər şeyi idarə edir"

49 gün İngiltərənin baş naziri olmuş Liz Trass səlahiyyət müddəti ərzində "Brexit" dövrünün şüarı olan "nəzarəti geri almaq" üçün çalışdığını, lakin korporativ reaksiya və "dərin dövlət"in müdaxiləsi ilə üzləşdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, keçmiş baş nazir bu barədə ABŞ-ın Merilend ştatında keçirilən ölkənin ən mühüm mühafizəkar siyasi tədbirlərindən biri olan Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı danışıb.

Vəzifəyə gəldikdən 49 gün sonra istefa verən və İngiltərənin ən qısa müddətli baş naziri olan siyasətçi "bürokratik güclərin" qurbanı olduğunu iddia edib:

"Britaniya inkişaf etmirdi, dövlət xidmət göstərmirdi. Buna görə də daha çox iş görülməli idi. Mən vergiləri azaltmağa, "Brexit" zamanı insanların dediyi kimi "nəzarəti ələ keçirməyə" çalışdım. Qarşılaşdığım şey kütləvi korporativ reaksiya idi və əksəriyyəti dövlətin özündən gəlirdi".

Liz Trass son 30 ildə Britaniya rəhbərliyinin seçilmiş siyasətçilərdən "Quango", bürokrat və hüquqşünaslara keçdiyini iddia edərək, "Demokratik yolla seçilmiş hökumətin siyasətlə məşğul ola bilmirik", deyib.

"Quanqo" termininə aydınlıq gətirən Liz Trass bildirib: "Quango" qeyri-hökumət təşkilatına bənzəyir. ABŞ-da siz buna inzibati idarəetmə və ya dərin dövlət deyirsiniz. Amma İngiltərədə 500-dən çox "Quanqo" var və onlar hər şeyi idarə edir".

Keçmiş baş naziri Büdcə Məsuliyyəti Ofisi və İngiltərə Bankının "Quango" adlandırdığı qurumlar arasında olduğunu bildirib: "Bu qurumlar əsasən çox yaxşı olduqları status-kvonun dəyişməsini istəmirlər. Sıravi vətəndaşın gözləntilərilərinə əhəmiyyət vermirlər. Onlar bəzi şeylərin dəyişməsini və hakimiyyətin əllərindən alınmasını istəmirdilər".

Aydın