Xəbər lenti

Siyasət 18:57 15.07.2023

Brüsseldə Azərbaycan, Aİ Şurası və Ermənistan liderləri arasında görüş keçirilib (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, danışıqlarda Qərbi Azərbaycan icmasının qayıdış məsələsi də müzakirə edilib.

Görüş 3 saata yaxın davam edib.

Görüşün nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata bəyanatı olacaq.
 
15.27
 
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->