Xəbər lenti

Ölkə 14:46 31.03.2024

Bu il Qaradağlı kəndində axtarış-qazıntı işləri aparılacaq

Bu il Xocavənd rayonunun Qaradağlı kəndində axtarış-qazıntı işləri aparılacaq.

Bunu "Report”un Xocalıya ezam olunmuş əməkdaşına Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, təsdiq olunmuş plana uyğun olaraq işlər aparılacaq: "Mən fürsətdən istifadə edərək qazıntı işlərində iştirak edən qurumlara təşəkkür edirəm. Əsas hədəfimiz sonuncu itkinin taleyinin müəyyən olunmasına kimi işləməkdir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->