Dünya 12:05 03.01.2023

"Bu il Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə olunacaq" - NATO-nun sabiq generalı

2023-cü ildə Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə atəşkəsin əldə olunmasını gözləmək olar.

Qaynarinfo xəbər verir ki, bu barədə Funke nəşrinə müsahibəsində NATO-nun keçmiş generalı Hans-Lotar Domrez bildirib.

"Yayın əvvəlində hər iki tərəfin istəyəcəyi bir atəşkəs gözləyirəm. 2023-cü ildə nə vaxtsa atəşkəs əldə edəcəyik”, - deyə o vurğulayıb.

Onun fikrincə, fevral-may aylarında elə bir vəziyyət yaranacaq ki, hər iki tərəf heç yerə getməyəcəklərini başa düşəcək. NATO-nun sabiq generalının sözlərinə görə, bu, atəşkəslə bağlı danışıqlar üçün imkan yaradacaq. Amma bu, uzun müddət sülh demək deyil.

"Atəşkəs o deməkdir ki, atəşi dayandırırıq. Danışıqlar yəqin ki, uzun çəkəcək, vasitəçilərin BMT-nin Baş katibi Quterreşin, Türkiyə Prezidenti Ərdoğanın olması mümkündür”, - deyə Hans-Lotar Domrez əlavə edib.