İdman 19:20 08.02.2023

Bu klubun daha bir futbolçusu zəlzələdə həyatını itirdi

Kahramanmaraş təmsilçisi "İstiqlalspor"un daha bir futbolçusu zəlzələdə dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, komandanın üzvü Hakan Doğan baş verən fəlakətdə həyatını itirib. Türkiyə Futbol Federasiyası (TFF) da futbolçunun dünyasını dəyişdiyini təsdiqləyib.

Doğan "İstiqlalspor"un zəlzələdə dünyasını dəyişmiş ikinci futbolçusu olub. Sözügedən klubun digər futbolçusu Taner Kahriman da eyni səbəbdən həyatını itirmişdi.

Səbuhi Həsənov