Ekonomiks 10:14 24.01.2024

Bu nazirlik yarım milyonluq avtomobillər alır

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi yeni avtomobillər alır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 9 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.

Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.

Sosial Xidmətlər Agentliyinə avtomobillərin satışını "Toyota Absheron Merkezi" şirkəti həyata keçirəcək. Qurum isə bunun müqabilində şirkətə 589.050 AZN ödəniş edəcək.