Siyasət 13:57 04.07.2023

Bu ölkə Azərbaycana yeni səfir təyin etdi

Abdurahmon İlhom Barotzoda Tacikistanın Azərbaycanda yeni səfiri təyin edilib.

Qaynarinfo Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmon bu barədə sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rustam Soli təqaüdə çıxması ilə əlaqədar Tacikistanın Azərbaycandakı səfiri vəzifəsindən geri çağırılıb.