Xəbər lenti

Dünya 18:57 26.02.2024

Bu ölkədə 2,9 milyondan çox mal-qara aclıqdan tələf oldu

Monqolustanda 2,9 milyon başdan çox mal-qara jütdən tələf olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Baş Fövqəladə Hallar İdarəsinin rəis müavini Uuqanbayar Batmnx bildirib. 

Onun sözlərinə görə, Monqolustan ərazisinin 80,6%-i jütdən təsirlənir. Mərkəzi Asiya yerli portalının məlumatına görə, bunlardan dəmir jüt 21,8%, ağ jüt 25,9% təşkil edir.

Jüt otlaqların buzlanması və ya güclü qar yağması nəticəsində baş verən, mal-qaranın (xüsusilə, atlar və qoyunların) otlamasını çətinləşdirən, heyvanların aclıqdan və soyuqdan tələf olmasına səbəb olan kütləvi heyvan itkisidir. Bu təbii fəlakətə adətən Qazaxıstan və Qırğızıstanda rast gəlinir. Dəmir jüt yağışdan sonra yaranır, aşağı temperaturda donur və yer buzla örtülür, ağ jüt güclü qar yağması nəticəsində yaranır.

"Sputnik Qırğızıstan" qeyd edir ki, bu ilki qış Monqolustanda ən sərt qışlardan biridir: ölkə ərazisinin 80%-dən çoxu qalın qar təbəqəsi ilə örtülüdür. 2023-cü ilin qışında Monqolustanda 300 min başdan çox mal-qara jütdən tələf olub.

Ötən ilin sonunda Monqolustanda mal-qaranın sayı 64,7 milyon baş təşkil edib. Onlardan 29,4 milyon baş qoyun, 24,6 milyon baş keçi, 5,3 milyon baş inək, 4,8 milyon baş at, 473,9 min baş dəvə olub, heyvandarlıq 2022-ci illə müqayisədə 9,1 faiz və ya 6,4 milyon baş azalıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->