Xəbər lenti

Ekonomiks 09:47 04.12.2023

Bu rayonda yeni yaşayış binaları tikiləcək

Bərdə rayonunda yeni yaşayış binaları inşa ediləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, yaşayış binalarının tikintisi şəhərin Heydər Əliyev prospektində reallaşacaq.

İki nədəd 30 mənzilli 6 mərtəbəli yaşayış binalarının inşaat işlərini "Litosfer" şirkəti həyata keçirəcək.

Binaların sifarişçisi isə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyətidir.

Nazirlik binaların inşasına görə sözügedən şirkətə 4,5 milyon manat ödəniş edəcək.

Qeyd edək ki, Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti fövqəladə halların qarşısını alınması və nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsi və büdcədənkənar vəsaitlər üzrə sifarişçi funksiyalarını yerinə yetirən dövlət orqanıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?