Ekonomiks 15:40 10.05.2022

Bu şəxslərin maaşları artacaq - Nazir açıqladı

Azərbaycanda Səhiyyə Nazirliyi tabeliyində olan həkim və tibb işçilərinin əmək haqları artırılacaq.

Qaynarinfo xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Səhiyyə naziri Teymur Musayev bildirib.

Nazir əlavə edib ki, tibb işçilərinin əmək haqlarının artırılması ilə bağlı mexanizm hazırlanır: "Mexanizm hazır olduqdan sonra ictimaiyyət məlumatlandırılacaq. Proqram çərçivəsində müəyyən mexanizmlər işlənib təklif olunacaq. Bununla da nəinki gənc, eləcə də peşəkar tibb işçiləri regionlara gedib xidmət göstərəcəklər".