Sağlamlıq 18:24 24.01.2023

Bu tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

Qaynarinfo xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti martın 1-dək uzadılıb.

Əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.