İdman 23:57 23.03.2023

Canni De Byazi: "Qalib də gələ, məğlub da ola bilərik"

AVRO-2024-ün seçmə mərhələsində Avstriya - Azərbaycan oyunu ərəfəsində millimizin baş məşqçisi Canni De Byazinin mətbuat konfransı keçirilib.
 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, konfransda italiyalı mütəxəssis bunları söyləyib:
 
"Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var.

Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emreli komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var.
 
Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ, məğlub da ola bilərik”.
 
Səbuhi Həsənov