Xəbər lenti

Maqazin 17:00 20.04.2024

Cavanşir Məmmədov dəfn edildi (YENİLƏNİB)

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.

Qaynarinfo xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər.
 
15.02 
 
Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.

O, Yasamal qəbiristanlığında dəfn ediləcək.

Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.

 13:21

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə Qaynarinfo-ya TƏBİB-dən məlumat verilib.

"Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

12.55

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. 

Axşam.az-ın məlumatına görə, müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. 

Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->