Ölkə 08:49 23.09.2022

Cavanşir Quliyev 19 il sonra vətənə acı xəbərlə döndü

Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyevə ağır itki üz verib.

Qaynarinfo xəbər verir ki, C.Quliyevin Şəkidə yaşayan qardaşı Elşad Quliyev vəfat edib.

Həkim olan Elşad Quliyevin uzun sürən xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, uzun müddət Şimali Kipr Türk Cümhuriyyətində yaşayan Cavanşir Quliyev 19 il sonra Bakıya köçüb.