Xəbər lenti

Ölkə 11:45 28.10.2023

Cəmi bir günə antiterror əməliyyatı - Sərkərdənin rolu

(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə hazırlanıb)

"İlham Əliyev Prezidentlik və Ali Baş Komandanlığı ilə Azərbaycan tarixinə qızıl hərflərlə şanlı səhifələr yazdı, torpaqlarımızı işğaldan azad etdi və bir xalqın öz imkanlarına söykənərək necə böyük nailiyyətlər əldə etməsinin nümunəsini dünyaya göstərdi”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Ali Baş Komandan İlham Əliyevin istər 44 günlük müharibə, istərsə də Müdafiə Nazirliyinin "antiterror tədbirləri” adlandırdığı genişmiqyaslı hərbi əməliyyatları çərçivəsində rolundan danışarkən deyib. Deputat bildirib ki, istənilən müharibədə ali sərkərdənin fəaliyyətinin böyük rolu var:

"Bu baxımdan Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin prezidentliyi dövründə silahlı qüvvələrin inkişafına verdiyi töhfə, onun yeni silah və texnika ilə təchizatıyla bağlı fəaliyyəti, həmçinin torpaqların işğaldan azad edilməsi üçün ən qısa və səmərəli yolun seçilməsi onun sərkərdəlik fəaliyyətindən xəbər verir. Prezident eyni zamanda hərbiçilərin məsləhətini diqqətlə dinləyən, onların təkliflərini işin xeyrinə qələbəmizə faydası olduqda qəbul edən nadir şəxslərdəndir. Onun Ali Baş Komandan kimi fəaliyyəti silahlı qüvvələr və onun şəxsi heyətini vətən müharibəsinə hazırladı. Qısa zaman ərzində az itkilərlə böyük qələbə qazanmasına imkan verdi. Eyni zamanda, vətən müharibəsindən sonra torpaqlarımızın ancaq bir hissəsi işğaldan azad olunduğuna görə digər hissəsində də suveren hüquqlarımızın bərpası məsələsinə həm diplomatik, həm də hərbi yolla hazırlıqlar görüldü. Azərbaycan dövlətini separatçı rejimin nəzarəti altında olan ərazilərdəki əhalini Azərbaycan cəmiyyətinə reinteqrasiya üçün atdığı addımlar beynəlxalq birlik və xarici dövlətlər tərəfindən hörmətlə qarşılandı. Cəmi bir günə antiterror əməliyyatı keçirərək həmin ərazi üzərində suveren huqüqlarımızın bərpa edilməsi Ali Baş Komandanın yüksək hazırlığı, onun hərb elminin incəliklərinə bələd olması və orduya bacarıqla rəhbərlik etməsinin göstəricisidir. Onun fəaliyyətində əsas məsələ az insan itkisi ilə böyük qələbələr qazanmaq, əldə edilən, azad edilən torpaqların Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün ciddi işlərin aparılması və Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılmasıdır”.
 


Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan cəmiyyəti Azərbaycan torpaqlarına köçürülən dövrdən həmişə həmin torpaqlara yiyələnməyə, tariximizi, mədəniyyətimizi mənimsəməyə və yerli əhalini bu torpaqlardan çıxartmağa cəhd edib:

"Təəssüf ki, müstəqil dövlətçiliyimizin olmaması, başqa dövlətlərin tərkibində ciddi təzyiqlərə məruz qalması üzündən hər dəf bu cür cəhdlər olanda erməni təcavüzünün qarşısını almaq mümkün olmayıb. Bu erməni təcavüzü qədim Azərbaycan torpaqlarının, ilk növbədə Qərbi azərbaycanlıların zaman-zaman köçürülməsi, 1918-ci ildə Bakı və ətraf rayonlarda mart qırğınlarının törədilməsi baş verib, sovet hakimiyyəti qurulduqdan sonra isə yenidən ermənilər Azərbaycan xalqına qarşı min bir vəhşilik törədiblər. Bu vəhşiliklər 1988-ci il Birinci Qarabağ Müharibəsindən sonra daha da qızğın fotrma aldı. Birinci müharibədə biz 30 minə qədər hərbiçi və mülki vətəndaşımızı itirdik. Xocalı, Meşəli, Ağdaban faciəsi bu gün dünya tarixində ən qara səhifələrdən hesab edilə bilər. Azərbaycan dövləti, bunların araşdırılması dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün böyük işlər görür.  İlk növbədə bunlar sənədləşdirilir. Bunlar faktlara söykənən hadisələr kimi tarixə çevrilir. Ən əsası isə dünya ictimaiyyəti bununla tanış idi. Təsadüfü deyil ki, 20-yə kimi xarici ölkə parlamenti Xocalı faciəsini genosid kimi tanıyıb. ABŞ-ın çox sayda ştatları bu hadisəyə hüquqi qiymət verib, erməni faşizmini pisləyiblər. Həmçinin bu məsələlər həm xaricdəki diplomatik nümayəndələrimiz, həm diaspor nümayəndələri tərəfindən fəaliyyət göstərdikləri ölkə ictimaiyyətinə hərtərəfli çatdırılır. Azərbaycana səfər edən xarici nümayəndələr bir qayda olaraq ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər barəsində məlumatlı olurlar”.

Aydın Mirzəzadə bu günlər vaxtıyla Qarabağın Meşəli kəndində cinayətlər törətmiş erməni əsilli qatilin məhkəməsinin getdiyini də xatırladıb:

"Eyni zamanda bu məhkəmələr separatçı rejimin keçmiş rəhbərləri üzərində mütləq qurulacaq. Dünya bir daha erməni faşizminin nəyə qadir olduğunu görəcək”.
 
Bahar 
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->