Xəbər lenti

Dünya 14:03 05.01.2024

Cənubi Koreyadan Şimali Koreyaya ikiqat cavab: 400-ə yaxın mərmi atıldı (YENİLƏNİB)

Cənubi Koreya hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın mərmi atıblar ki, bu da Şimali Koreyanın demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə "The Chosun Ilbo” qəzeti məlumat yayıb.

Hərbi mənbə bildirib ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin cənubundakı sularda şərti hədəfləri vurub.

Qəzet onu da yazıb ki, Cənubi Koreya hərbçiləri təlimlərə başlamazdan əvvəl Yonphyondo adasında əhali təxliyə edilib. Sakinlərdən sığınacaqlara getmələri istənilib.

10.47
 
ABŞ müttəfiqi olan Cənubi Koreyanı qorumaq üçün bütün hərbi imkanlardan, o cümlədən nüvə silahından istifadə edəcək.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin (Pentaqon) Hind-Sakit okean təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Ratner Cənubi Koreya Müdafiə Nazirliyinin siyasi məsələlər üzrə müşaviri Ço Çanq Re ilə telefon danışığı zamanı bildirib.

Tərəflər Şimali Koreyanın Cənubi Koreya adalarına doğru artilleriya mərmiləri atmasını pisləyiblər.

Rəsmilər Şimali Koreyanın regionda sabitliyi poza biləcək hər hansı təxribat və təhdidlərə qəti şəkildə qarşı çıxacaqlarını bildiriblər.

ABŞ və Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndələri həmçinin Yaponiya ilə təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlığın dərinləşdirilməsinin davam etdirilməsinin vacibliyini müzakirə ediblər.

10.05
 
Şimali Koreya qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” agentliyi məlumat yayıb.

Cənubi Koreyanın nəzarətində olan Yenpxyendo adasının sakinlərinə Pxenyanın "mümkün təxribatı” fonunda dərhal təxliyə əmri verilib. Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən bununla bağlı göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib.

Cənubi Koreyalı mülki şəxslər və hərbçilər arasında itki yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->