Dünya 16:10 14.02.2024

Çin BMT-də Ukraynaya silah tədarükünü dayandırmağı tələb etdi

Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tzün bildirib ki, ABŞ Ukraynaya silah tədarükünü dayandırmalı və sülhün bərqərar olması üçün səy göstərməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.

"Bəzi ölkələr alova benzin tökməyi və beynəlxalq ictimaiyyətin diplomatik səylərinə xələl gətirməyi dərhal dayandırmalıdır", - nəşr Çinin BMT-dəki daimi nümayəndəsindən sitat gətirir. 

Onun sözlərinə görə, bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz. Bundan əlavə, Çjan Tzün NATO-dan "təhdidləri dayandırmağı" tələb edib. 

"NATO təzyiq, böhtan və birtərəfli sanksiyalarla məşğul olmaq əvəzinə, mübahisələrin həllində dialoq və məsləhətləşmələrə və siyasi həllin ümumi istiqamətinə riayət etməlidir", - Çin nümayəndəsi vurğulayıb.

O qeyd edib ki, Rusiya və Ukrayna 2014-cü ildə əldə edilən Minsk razılaşmalarını yerinə yetirməlidir.

Nizami Bağırov