Xəbər lenti

İdman 13:25 03.04.2024

Çinarə "Qalatasaray"ın futbolçusu ilə nişanlanıb?

Müğənni Çinarə Məlikzadənin "Qalatasaray"ın futbolçusu ilə nişanlandığı iddia olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Rəngarəng səhər" verilişində danışılıb. 

Aparıcı Zaur Nəbioğlu qonağı olan Məlikzadəyə "Redaktorumuz deyir ki, Çinarə "Galatasaray"ın futbolçusu ilə nişanlanıb. Düzdür?" sualını verib.

Müğənni isə gülərək "Bu xəbəri sizə kim deyib? Nə təsdiq edirəm, nə inkar. Çünki ürəyim belə istəyir. Açıqlama verməyim qadağandır", deyə, vurğuılayıb.

Qeyd edək ki, illər əvvəl Əlibəy Məmmədli müğənni Çinarə Məlikzadə ilə ailəli olub. Lakin onların evliliyi bir il çəkməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->