Ölkə 18:08 26.10.2022

Çingiz Abdullayev: "Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?"

Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev qurultay üçün ayrılan vəsait məsələsinə aydınlıq gətirib.

APA xəbər verir ki, Xalq yazıçısı jurnalistlərə açıqlamasında xərclərin təşkilati məsələlərə istifadə olunduğunu və hələ az olduğunu qeyd edib.

"Necə yəni? Bu qədər adama, qonağa bilet alınıb. Buranın - teatrın icarə haqqı ödənilib. Qonaqlar mehmanxanalara yerləşdirilib, kitablar çap edilib. Bəs sizcə, bunlar xərc deyil? Bu sözü məndən soruşmağa utanmırsınız? Nə danışırsınız, biz daha çox xərcləmişik. Başa düşürsünüz? Utanmırsınız, Xalq yazıçısından pulların hara xərcləndiyini soruşmağa?"