Dünya 19:55 11.03.2024

CNN: Rusiya ABŞ və Aİ-nin Ukraynaya göndərə biləcəyindən 3 dəfə çox mərmi istehsal edir

Rusiya ABŞ və Avropa İttifaqı ölkələrinin Ukraynaya göndərə biləcəyindən üç dəfə çox artilleriya mərmisi istehsal edir. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN NATO kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, Rusiya ayda təxminən 250 min və ya ildə təxminən üç milyon artilleriya sursat istehsal edir. Eyni zamanda, ABŞ və Aİ ölkələri Ukraynaya ötürmək üçün ildə cəmi 1,2 milyon döyüş sursatı istehsal edə bilir.

ABŞ ordunun yüksək rütbəli rəsmisi CNN-ə bildirib ki, əvvəl ABŞ ordusu 2025-ci ilin sonuna kimi ayda 100 min artilleriya sursatı istehsal etməyi qarşısına məqsəd qoyub. Lakin ABŞ Konqresinin Ukraynaya yardım haqqında qanun layihəsini qəbul etməməsi səbəbindən bu məqsədə hazırda nail olmaq mümkün deyil.

Nizami Bağırov