Ekonomiks 16:22 30.12.2023

Çobanla nazirlik arasında qalmaqal: 620 baş heyvanı Şirvan Milli Parkına salıb?

Şirvan Milli Parkının ərazisinə 620 baş heyvan salan şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi  tərəfindən cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Cavid Zamanov (ad-soyad-şərti) İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat cərimə edilib. 

Cavid Zamanov nazirliyin ona qarşı təritb etdiyi protokolu əsassız sayıb və bu barədə Şamaxı Rayon Məhkəməsinə şikayət edib: "Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olmaqla faktiki olaraq, Şamaxı şəhəri 48a məhəlləsində yaşayıram. Bu yaxınlarda cərimələnməyimlə bağlı məhkəmədən mənə məktub gəlib. Orada gördüm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı RETSİ-məhkəmədə mənə qarşı iddia qaldırıb. Guya mən keçən ilin noyabrında heyvanlarımı Şirvan Milli Parkının ərazisinə salaraq orada otarmışam və parka ziyan vurmuşam. Buna görə 400 manat məbləğində cərimə edilmişəm. Bu barədə mənə qərar göndərilməyib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 1 dekabr 2022-ci il tarixli, inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavid Zamanov 14 noyabr 2022-ci il tarixində 620 baş xırda buynuzlu mal-qaranı otarmaq məqsədilə Milli Parkın ərazisinə salıb. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin İnzibati Xətalar Məcəlləsinin 242-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddə ilə səlahiyyətli orqan tərəfindən 400 manat məbləğində cərimə edilib.

Şamaxı Rayon Məhkəməsinin hökmü ilə nazirliyin inzibati tənbeh vermə haqqında qərarndan Cavid Zamanov tərəfindən verilmiş şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilib və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilib. 

Əhməd