Dünya 22:47 07.09.2022

Daha 4 gəmi Ukraynadan yola düşdü

Ukrayna limanlarından taxıl daşıyan dörd gəminin dә yola düşdüyü bildirilib.

Qaynarinfo xəbər verir ki, bu barәdә Türkiyənin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindә verilәn bәyanatda vurğulanır.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması sazişinin imzalanma mərasimi baş tutub. Mәrasimdә Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak ediblәr.