Xəbər lenti

Siyasət 13:03 16.12.2023

Daha bir deputat prezidentliyə namizəd olacaq

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.

O, bu barədə "Report"a açıqlamasında məlumat verib.

F.Mustafa bildirib ki, bununla bağlı BQP Ali Məclisinin dekabrın 16-da keçirilən iclasında qərar qəbul olunub.

Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar Prezident seçkiləri təyin edilib.

Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.

Həmçinin deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da namizəd olacağını açıqlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->