Ölkə 17:51 23.10.2023

Daha bir tələbə ürəktutmadan vəfat etdi (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sahil Abbaslı vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, tarix müəllimliyi ixtisasında təhsil alan tələbənin ölümünə infarkt səbəb olub.

S.Abbaslı İmişli rayon Əliqulular kənd orta məktəbini 2021-ci ildə bitirib universitetə qəbul olubmuş.