Dünya 22:25 15.03.2023

Danilov rus qırıcısının ABŞ PUA-sına hücumu ilə bağlı: “Putin va-bank gedir”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov hesab edir ki, Qara dəniz üzərində Rusiya qırıcısının Amerika pilotsuz təyyarəsinin qarşısını almağa cəhd etdiyi insident onu göstərir ki, işğalçı ölkənin prezidenti Vladimir Putin "münaqişə zonasını genişləndirmək istəyir” və va-bank gedir.

Qaynarinfo xəbər verir ki, bu barədə Danilov Twitter-də yazıb.

"Rusiyanın Qara dənizdə vurduğu Amerikanın MQ-9 Reaper PUA-sı ilə bağlı insident Putinin digər tərəflərin də iştirakı ilə münaqişə zonasını genişləndirməyə hazır olduğuna dair siqnaldır”, - Danilov qeyd edib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin sözlərinə görə, Putin va-bank taktikasından istifadə edir - şəraitin dəyişməsi ümidi ilə strateji itki qarşısında faizləri daim artırır.
 
Alpər