Ölkə 09:34 11.02.2021

Daşkəsən Polis Şöbəsinə yeni təyinat

Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib. 

Qaynarinfo-nun Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Goranboy rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Seymur Əfəndiyev vəzifəsindən azad olunub. 

O, Daşkəsən rayon Polis Şöbəsinə rəis təyin edilib.