Dünya 15:34 29.01.2023

Daşnaksütyunun daha bir üzvünün Ermənistana girişi qadağan olundu

Ermənistan Fransadakı Daşnaksütyun Gənclər Birliyinin sədri Njde Karakavoryanı arzuolunmaz şəxs (persona non-qrata) elan edib. 

Qaynarinfo "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə təşkilatdan məlumat verilib.

Bildirilib ki, Njde Karakavoryan 6-10 fevral tarixlərində Sünikdə keçiriləcək Ümumdünya Gənclər Konqresində iştirak etməli imiş. Lakin hakimyyət arzuolunmaz şəxs elan edib. Ermənistan hakimiyyəti bunun səbəbi barədə açıqlama verməyib.

Qeyd edək ki, bir neçə ay əvvəl Daşnaksütyunun digər nümayəndələri - Murad Papazyan, Masis və Syune Abrahamyanın da ölkəyə girişi bağlanmışdı.

Aydın