İdman 09:29 28.11.2022

DÇ-2022: Bu gün G və H qruplarında II tura yekun vurulacaq

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün II tura yekun vurulacaq.

Qaynarinfo xəbər verir ki, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.

H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
Qrup mərhələsi, II tur
G qrupu

14:00. Kamerun - Serbiya
20.00. Braziliya - İsveçrə
Xal durumu: Braziliya - 3, İsveçrə - 3, Kamerun - 0, Serbiya - 0.

H qrupu

17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya - Uruqvay
Xal durumu: Portuqaliya - 3, Uruqvay - 1, Cənubi Koreya - 1, Qana - 0

Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib.