İdman 16:00 27.11.2022

DÇ-2022: İspaniyadan 7 qol buraxan Kosta Rika Yaponiyaya qalib gəldi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub.

Qaynarinfo xəbər verir ki, günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər. İlk oyunda 7:0 hesablı qələbə qazanan Mərkəzi Amerika təmsilçisi bu dəfə qələbə qazanıb - 1:0. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub.

Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır.

Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

DÇ-2022
Qrup mərhələsi
E qrupu, II tur

27 noyabr
Yaponiya - Kosta Rika 0:1
Qol: Keyşer Fuller, 81.
Yaponiya: 12. Şuiçi Qonda (q), 2. Miki Yamane, 5. Yuto Naqatomo, 22. Maya Yoşida (k), 4. Ko İtakura, 6. Vataru Endo, 8. Ritsu Doan, 13. Hidemasa Morita, 15. Daiçi Kamada, 24. Yuki Soma, 21. Ayase Ueda.
Kosta Rika: 1. Keylor Navas, 19. Kendal Vaston Manle, 6. Oskar Duarte, 15. Fransisko Kalve, 8. Brayan Ovyedo, 13. Gerson Torres, 17. Yeltsin Texeda, 5. Selso Borxes, 4. Keyşer Fuller, 7. Antoni Kontreas, 17. Joel Kempbell.
Baş hakim: Maykl Oliver (İngiltərə).
"Əhməd İbn Əli" stadionu.