İdman 14:46 02.12.2022

DÇ-də qrupda qalan millinin baş məşqçisi istefa verdi

Belçika millisinin baş məşqçisi Roberto Martinez postunu tərk etdiyini bildirib. 

Qaynarinfo-nun məlumatına görə DÇ-2022-də Xorvatiya ilə 0:0 hesablı nəticədən sonra F qrupunu 4 xalla 3-cü yerdə başa vuraraq turnirdə mübarizəni dayandırıb. Matçdan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi 2016-cı ildən rəhbərlik etdiyi Belçika millisindən istefa verdiyini bildirib. 

O, açıqlamasında "Bu, Belçikanın "sükanı" arxasında keçirdiyim son oyundur. Təsəvvür etdiyiniz kimi çox emosional idi. Bu qərar dünya çempionatından əvvəl verilib. Mən istefa vermirəm, müqaviləm bitir. Hər şey mükəmməl idi. 6 il bir klubda etmək istədiyimiz hər şeyə burada nail olduq. Bu, məni olduqca qürurlandırır. Komanda hər kəsə inanılmaz sevinc bəxş etdi. Amma indi bunun mənim son oyunum olduğunu qəbul etmək vaxtıdır” - sözlərini deyib.

Martinezin rəhbərliyi altında DÇ-2018-də üçüncü olan Belçika Avro-2020-nin 1/4 finalına qədər irəliləyib.

Səbuhi Həsənov