Dünya 12:21 28.03.2024

"Dell" bir il ərzində 13 min işçisini işdən çıxarıb, proses davam edir

Amerikanın "Dell Technologies" şirkəti ötən maliyyə ili ərzində 13 min işçini işdən çıxarıb ki, bu da ilkin elan ediləndən daha kəskin azalma deməkdir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Hazırda şirkətdə dünya üzrə 120 minə yaxın işçi çalışır. "Dell" qeyd edib ki, o, işçiləri üçün imkanları genişləndirmək və istedadları cəlb etmək, inkişaf etdirmək və saxlamaq üçün çalışır.

Azalmanın əsas səbəblərindən biri fərdi kompüterlərin zəif satışıdır. Analitik Jin Ho deyib ki, bu addım cüzi leverage təmin edəcək və PC və ya qeyri-AI infrastruktur satışlarında artım daha yaxşı gəlirlərə səbəb ola bilər. 

O, əlavə edir ki, kompüter biznesi ilə tanınan "Dell" süni intellekt iş yüklərini idarə etmək üçün lazım olan güclü serverlərinə marağın artması sayəsində keçən il investorların diqqətini çəkib. 

Xatırladaq ki, fərdi kompüterlərə tələbatın azalması ilə üzləşən Amerika "Dell Technologies" təxminən 6650 işçisini ixtisar edəcək və minlərlə işçinin işdən çıxarılmasını elan edən ən son texnologiya şirkəti olacaq.

Kompüter avadanlığı istehsalçısı "Dell"in səhmləri rüblük hesabatının dərcindən sonra Nyu York Fond Birjasında premarket ticarətində 21,59% artaraq 115,1 dollara çatıb.

Alpər