Ölkə 15:46 06.06.2023

Deputat: "Başqa ölkələrdən hərbçilərə müraciətlər gəlir..."

"Ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə müraciətlər daxil olur. O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə müraciətlər edilir".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

Onun sözlərinə görə, onlara müxtəlif formada vədlər verilir:

"Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər. Hesab edirəm ki, bunun qarşısı kəskin şəkildə alınmalıdır. Kimlərisə şirnikləndirməklə vaxtı ilə İŞİD-ə cəlb etmişdilər".

Qafqaz Rafiqoğlu